Cihan Özkara: Əvvəl “Kasımpaşa”, sonra Malta
06.08.2013 - 16:14
Cihan Özkara: Əvvəl “Kasımpaşa”, sonra Malta
Milli komandamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”un yeni mövsüm öncəsi 6-cı sınaqçı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Roberto Karlosun yetirmələri avqustun 10-da digər Superliqa təmsilçisi “Kasımpaşa” ilə son yoxlama oyununu keçirəcək.

Bakı vaxtı ilə saat 22:00-da “Rəcəp Tayyip Ərdoğan” stadionunda baş tutacaq qarşılaşmadan sonra Cihan Özkara ölkəmizə qayıdacaq. Çünki ertəsi gündən etibarən millimiz Malta yığması ilə avqustun 14-dəki yoldaşlıq oyununun hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, buna qədər Cihan Özkaranın komandası Hollandiyada NEK (0:2), “De Qrafsxap” (1:1), “Qou Ehed İqls” (2:1), “Belenensiş” (1:0) və “Ərciyəsspor”la (1:2) gücünü sınayıb. Cihan bu matçlarda oynamaq imkanı qazansa da, qol vura bilməyib.