Ramazan bayramında azərbaycanlı futbolçular mətbuata təqdim olunacaq
06.08.2013 - 16:44
Ramazan bayramında azərbaycanlı futbolçular mətbuata təqdim olunacaq
Fərid Quliyevlə Murad Axundzadənin şərəfini qoruduğu “Kahramanmaraşspor” Bolu hazırlıqlarını başa vurub. Apasport.az saytının məlumatına görə, komandaya 2 günlük icazə verilib.

Komanda bir də Ramazan bayramında - avqustun 9-da bir araya gələcək. Məhz onda 10 yeni transfer üçün imza mərasimi təşkil olunacaq. Həmin vaxt futbolçularımızın, eləcə də “Qəbələ”nin sabiq seneqallı hücumçusu Mustafa Dabonun yerli mətbuat önündə təqdimatı olacaq.

Qeyd edək ki, komanda avqustun 11-də doğma stadionda “Qaziantep BB” ilə son yoxlama oyununu keçirəcək. “Kahramanmaraşspor” buna qədər “Çıksalınspor” (0:0), “Şanlıurfaspor” (3:3), “Orduspor” (0:0), “Ünyəspor” (1:0) və “Tavşanlı Linyitspor”la (0:0) gücünü sınayıb. Ancaq “Orduspor”la oyun 70-ci dəqiqədə güclü yağış üzündən yarımçıq saxlanıb.