Millimizin müdafiəçisi üçün Avstriya toplanışı başa çatdı
06.08.2013 - 17:17
Yığmamızın üzvü Ufuk Budakın çıxış etdiyi “Əskişəhərspor” Avstriya hazırlıqlarını başa vuraraq Türkiyəyə qayıdıb. Apasport.az saytının məlumatına görə, komandaya istirahət verilib.
“Əskişəhərspor” bir də hazırlıqlara avqustun 8-də başlayacaq. Həmin gün axşam komanda “Bursaspor”la Superliqa matçının hazırlıqlarına start verəcək.
Qeyd edək ki, “Əskişəhərspor” Avstriya toplanışı zamanı Vyana “Austriya”sı (3:1), “Viner” (1:1), “Kasımpaşa” (0:1), “Şopron” (2:2), “Vinerberq”lə (9:1) qarşılaşıb. Ufuk “Kasımpaşa” və “Vinerberq”lə oyunlar istisna olmaqla, digərlərində meydanda olub.

0
0