“İnter” üçün
06.08.2013 - 17:44
Topaz Premyer Liqasının ilk həftəsində səfərdə “Bakı”nı məğlub edən (2:1) “Qəbələ” bazar ertəsindən etibarən növbəti turun hazırlıqlarına start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2 günlük istirahətdən sonra doğma məkanda toplaşan Yuri Syominin komandası gündəlik iki məşqlə ikinci turda baş tutacaq “Qəbələ” – “İnter” qarşılaşmasına hazırlaşır.
İlk qarşılaşmada yer almayan futbolçular məşqlərə daha əvvəl - bazar günü başlayıb. “Bakı” ilə oyunda əldə olunan əzmkar qələbədən sonra çempionata uğuru start verən “qırmızı-qaralar”ın düşərgəsində yüksək əhval-ruhiyyə müşahidə olunur.

0
0