Mbilla Etame “Simurq”la oyuna hazırlaşır
06.08.2013 - 19:48
Mbilla Etame “Simurq”la oyuna hazırlaşır
“Sumqayıt”la mövsümün ilk oyunu (1:1) sonrası “Xəzər Lənkəran”a verilən istirahət bitib. Apasport.az klub saytına istinadən xəbər verir ki, komanda bir günlük istirahətdən sonra bu gün Lənkərandakı bazasında toplaşaraq II turdakı “Simurq”la oyun üçün hazırlıqlara başlayıb.

Saat 18:00-da isə “Xəzər Lənkəran” ehtiyat meydançada məşqə çıxaraq bir saat müddətində hazırlıq keçib və yeni transfer Mbilla Etame də komanda ilə birgə məşqdə iştirak edib.

Sabah “Xəzər Lənkəran” gün ərzində bir məşq planlaşdırır ki, hazırlıq saat 18:00-da baş tutacaq. Hazırda komandada yalnız Vanderson Skarduelli yüngül zədədən əziyyət çəkir. Braziliyalı müdafiəçi fərdi məşqlərlə kifayətlənir.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Simurq” oyunu avqustun 11-i saat 20:00-da Lənkəran şəhər stadionunda keçiriləcək.