“Qəbələ”nin zədəli futbolçusu məşqlərə başladı - FOTO
06.08.2013 - 20:22
“Qəbələ”nin zədəli futbolçusu məşqlərə başladı - FOTO
Türkiyədəki təlim-məşq toplanışında “Antalyaspor”la keçirilən yoxlama oyununda zədələnən Nuran Qurbanov artıq yüngül məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, bazar günü ayağındakı sarğı açılan gənc futbolçu hazırda bərpa prosesi keçir.

Bu barədə klub saytına danışan komandanın həkimi Rahim Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, Nuran bir həftədən sonra komanda ilə məşqlərə qatıla biləcək: “Bazar günü Nuranın sargısını açdıq. Hazırda futbolçu reabilitasiya dövrünü keçir. Yüngül məşqlər edir. Hələ ki, yalnız trenajor zalında çalışır. Böyük ehtimalla Nuran bir həftə sonra komanda ilə məşqlərə çıxa biləcək”.

Rahim Məhərrəmov komandada başqa zədəli futbolçunun olmadığını da sözlərinə əlavə edib.