Ərsun Yanal: Pis oynasaq da qalib gələ bildik
07.08.2013 - 02:43
Ərsun Yanal: Pis oynasaq da qalib gələ bildik
“Növbəti mərhələyə adladıq və buna görə də xoşbəxtik. Pis oynasaq da qalib gələ bildik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal “Zalsburq”la oyundan sonra bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibini evdə 3:1 məğlub edərək pley-off mərhələsinə vəsiqə qazandıqları oyunu şərh edən türkiyəli mütəxəssis bildirib: “Bu gün rəqiblə ikinci oyunumuza çıxdıq və sevinən tərəf biz olduq. Qarşıda Superkubok oyunumuz var. Hazırkı hədəfimiz bu matça köklənmək və qalib gəlməkdir. Hər gün daha da yaxşıya doğru gedirik. Hamıya daha yaxşı “Fənərbaxça” izlətdirəcəyik”.

Qeyd edək ki, “Fənərbaxça” avqustun 11-də Türkiyə Superkubokunda “Qalatasaray”la qarşılaşacaq.