Tahir Gözəl "Qarabağ"la birgə İsveçdə - FOTO
07.08.2013 - 03:22
Daim "Qarabağ"ın yanında olan klubun vitse-prezindenti Tahir Gözəl bu dəfə də ənənəsinə sadiq qalıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sabah Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Gefle"nin qonağı olacaq komanda artıq İsveçdədir.
Ağdam klubunun rəsmisi də komandayla birlikdə Sundsvala uçub. Tahir bəy oyunun keçiriləcəyi "Norrporten Arena"ya baş çəkib. Komandadan əvvəl stadiona gələn vitse-prezident klubla ətraflı maraqlandığını və futbolçulara inandığını göstərib.
Qeyd edək ki, "Gefle" - "Qarabağ" görüşü sabah, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

0
0