“Sumqayıt”ı tərk etdi, yenə Regionalliqaya getdi
07.08.2013 - 09:12
Mövsümlərarası fasilə zamanı “Sumqayıt”ın yollarını ayırdığı Murat Doymuş özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, Almaniya doğumlu olan türkmənşəli futbolçu yaşadığı ölkədə yenidən çıxış edəcək.
“Sumqayıt”a ötən yay Almaniyanın “Berliner AK 07” klubundan gələn Murat karyerasını yenidən Regionalliqa klubunda davam etdirəcək. Belə ki, 27 yaşlı mərkəz müdafiəçisi yenə paytaxt Berlində çıxış edəcək. O, Regionalliqanın debütantı “Viktoriya 1889”la müqavilə bağlayıb.
Qeyd edək ki, Murat Doymuş “Sumqayıt”da keçirdiyi bir mövsüm ərzində 26 oyun keçirmiş və 1 qola imza atmışdı.

0
0