Adamiya və Abramidze özlərinə klub tapdı
07.08.2013 - 09:25
Adamiya və Abramidze özlərinə klub tapdı
Azərbaycan futbolunda sözünü demiş legionerlər Georgi Adamiya və Valeri Abramidzenin karyeralarını davam etdirəcəkləri klublar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə son komandası “İnter” olan gürcü futbolçular vətənə dönüblər.

Ötən mövsüm başa çatandan sonra “İnter”lə yolları ayrılan legionerlər Gürcüstanda fərqli klublarda çıxış edəcək. Son 9 ili Azərbaycanda keçirən və qazandığı mükafatların sayına görə legionerlər arasında mütləq rekordçu olan Adamiya “Zestafoni”yə keçib. Ölkəmizdə “Neftçi”, “Qarabağ”, “Bakı” və “İnter” də oynamış hücumçunun karyerasında “Zestafoni” yeni klubdur. Belə ki. Adamiya ölkəmizə gəlməmişdən yalnız “VİT-Corciya”da çıxış etmişdi.

“Neftçi”, “Xəzər Lənkəran” və “İnter”də çıxış etmiş Abramidze isə “Sioni”yə keçib. 33 yaşlı müdafiəçi üçün də indiki komandası yenidir. Belə ki, vətənində bir çox klublarda oynayan Valeri Bolnisi təmsilçisində çıxış etməyib.