Millimizin hücumçusu qara geyinəcək – FOTO
07.08.2013 - 09:46
Millimizin hücumçusu qara geyinəcək – FOTO
Yığmamızın hücumçusu Branimir Subaşiçin “Orduspor”da geyinəcəyi formanın rəngi rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, “ağ-bənövşəyilər” çempionatdakı ev matçlarında qara formadan yararlanacaq.

Bundan başqa, komanda ənənəvi rənglərindən də yararlanacaq. Belə ki, komanda səfər oyunları zamanı rəqiblərə uyğun olaraq zolaqlı, ağ və bənövşəyi formalarından da istifadə edəcək.