1 mükafata 3 iddiaçı
07.08.2013 - 10:05
1 mükafata 3 iddiaçı
Avropada ötən mövsümün ən yaxşı qadın futbolçusu adına 3 namizədin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən ay başa çatan Avropa çempİonatında Almaniya yığmasına qızıl medalları qazandıranlardan Nadin Anqerer və Lena Qosslinq, yatışın ən yaxşı bombardiri isveçli Lotta Şelin UEFA-nın mükafatına namizədlərdir.

Avstraliyanın “Brisben Roar” klubunda çıxış edən Anqerer Avro-2013-ün Norveçlə final oyununda 2 penalti zərbəsini qaytarmaqla, “Volfsburq”un yarımmüdafiəçisi Lena isə həmin görüşün ən yaxşılarından olmaqla (1:0) vurması ilə diqqət çəkib. Üstəlik sonuncu Çempionlar liqasının Fransa “Lion”u ilə görüşünün ən yaxşısı seçilib. Avropa çempionatının “Qızıl buts”unu 5 qolla qazanan Lotta isə Çempionlar Liqasının finalçısı olub.

Qeyd edək ki, mövsümün ən yaxşı qadın futbolçusunun adıan sentyabrın 5-də açıqlanacaq.