Yığmamız Qırğızıstana da uduzdu
07.08.2013 - 10:15
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qırğızıstanda keçirilən “Dostluq kuboku” turnirində sonuncu oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Aslan Kərimovun yetirmələri meydan sahibləri ilə görüşüb.
2-ci yerin taleyi baxımından vacib olan qarşılaşmada Qırğızıstan millisi qalib gəlib – 2:1. Millimiz yalnız 2-ci hissədə hesab 0:2 olarkən rəqib qapısına yol tapıb.
Qeyd edək ki, ilk turda Belarusu 5:3 hesabı ilə məğlub edən yığmamız Tacikistana 0:5 hesabı ilə uduzmuşdu.

0
0