Bayrama bayram qataq!
07.08.2013 - 10:30
Sabah azərbaycanlı futbolsevərlərin diqqəti İsveçə yönələcək. Apasport.az saytının məlumatına görə, ölkəmizin Avropa miqyaslı turnirlərdə qalan yeganə təmsilçisi “Qarabağ” “Gefle” ilə cavab oyununa çıxacaq.
Avropa Liqasının III təsnifat mərhələsinin matçında mövsümün bizim üçün bitib-bitməyəcəyi aydınlaşacaq. Belə ki, ilk oyunda Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandasının mərhələ keçməyə yaxşı şansı var. Hər halda, istənilən heç-heçə komandamızı növbəti mərhələyə çıxaracaq. Ağdamlılar qol vurmaq şərti ilə minimal fərqli məğlubiyyətlə də cütün qalibi olacaq.
Sadəcə, isveçlilərin öz meydanında inamlı təsir bağışlamağı və “Qarabağ”ın heyətində itkilər öz sözünü deyə bilər. Belə ki, ağdamlılar hələ ilk oyunda zədəli Vüqar Nadirovun xidmətindən yararlana bilmədi. Digər yarımmüdafiəçi Riçard Almeyda isə çempionatımızın ilk turunda “İnter”lə səfər matçında rəqiblə toqquşmadan sonra huşunu itirərək əvəzləndi. Beyni silkələnən braziliyalı futbolçu ən yaxşı halda gələn həftə məşqlərə başlaya biləcək.
Sözsüz ki, Almeyda hazırda “Qarabağ”ın liderlərindən biri kimi komandanı arxasınca daşıyaraq, Avropa Liqasında uğurlu çıxışda həm qolları, həm də məhsuldar ötürmələri ilə böyük pay sahibi olub. Onun yoxluğu ilk növbədə orta sahə oyunçularının üzərinə böyük yük qoyur. Belə olan halda, Namiq Yusifovla Qara Qarayev dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirəcək, yeni transfer Çumbinyo isə oyun qurucusu olacaq.
Ümumiyyətlə, Qurbanovun əsas heyətdə böyük dəyişiklər etməyəcəyini deyə bilərik. Yəni qapıda Miro Varvodiç, müdafiənin mərkəzində Rəşad Sadıqovla Admir Telinin, solunda və sağında müvafiq olaraq Ansi Aqolli ilə Maksim Medvedevin çıxış edəcəyi şübhə doğurmur. Yarımmüdafiənin sol və sağ cinahları isə Bakıda qələbəni gətirən Reynaldo ilə Leroy Corca tapşırılacaq. Yalnız yeganə hücumçunun kim olacağı üzərində fikirləşmək olar. Məsələ ondadır ki, baş məşqçinin güvəndiyi Nikolos Gelaşvili hələ ki ümidləri doğrultmur. Ulriş Kapolonqo isə ötən səfər matçında – Polşada “Pyast”la oyunda komandasına mərhələ adladan qolun müəllifi olmuşdu.
İsveçlilərin ötən mərhələdə səfərdə 0:3 hesabı ilə uduzaraq evdə 4 cavabsız qol vurduğu “Anortosis”lə oyunu nəzərə alsaq, “Qarabağ” rəqiblə həlledici matça ciddi yanaşmalıdır. Meydan sahiblərinin artıq ilk hissədə vurduğu qol işimizi çətinləşdirə bilər. Digər tərəfdən, ağdamlılar Polşada olduğu kimi, ilk qolu vura bilsələr, “Gefle”nin işi daha çətinləşəcək. Çünki bu halda komandamızın vurduğu 1 olun əvəzinə 2-ni vurmaq lazım gələcək.
Nəhayət, oyunun müqəddəs bayramlarımızdan olan Ramazana təsadüf etməyi qələbəyə daha böyük stimul yaradır. Yəni bayrama bayram qatmağın əsl məqamıdır. İsveçdən qələbə əhval-ruhiyyəsi ilə qayıtmağa çalışacaq “Qarabağ” buna nail olarsa, matçın ertəsi günü son təsnifat mərhələsində rəqibini biləcək.
Qeyd edək ki, isveçrəli Stefan Klossnerin idarə edəcəyi oyun Bakı vaxtilə saat 22:00-da başlayacaq.

0
0