Paulu Pentu: O, Azərbaycanla oyunda çox yaxşı çıxış etdi
07.08.2013 - 11:16
Paulu Pentu: O, Azərbaycanla oyunda çox yaxşı çıxış etdi
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığmasının liderlərindən olan Naninin gələcək taleyi müzakirə obyektinə çevrilib. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in yarımmüdafiəçisi son vaxtlar zədədən əziyyət çəkdiyi üçün kölgədə qalıb. Son olaraq burnundan əməliyyat olunan futbolçunun mövsüm öncəsi hazırlığını buraxıb.

Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu Nanini Hollandiya millisi ilə gələn həftə keçiriləcək yoldaşlıq görüşünə çağırsa da, əsas heyətdə yer alacağına zəmanət vermir. O, Vieyrinyaya güvənərək, millimizlə oyunu misal çəkib: “Nani bu futbolçu ilə rəqabətlə üzləşib. Vieyrinya son oyunlarımız olan Azərbaycan, Xorvatiya, Rusiya, İsraillə matçlarda çox yaxşı çıxış eləyib. Biz Naninin potensialını əla bilirik. Ancaq o, nə qədər əla keyfiyyətlərə malik olsa da, millidə öz töhfəsini verməlidir. Bundan sonra nə edəcəyimizi görəcəyik”.