Ufuk Budak türkmən, qazax və qırğızlara qarşı oynayacaq
07.08.2013 - 11:21
 Ufuk Budak türkmən, qazax və qırğızlara qarşı oynayacaq
Milli komandamızın müdafiəçisi olan Ufuk Budak beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, onun çıxış etdiyi “Əskişəhərspor” klubu Türkiyə Superliqası öncəsi son yoxlama xarakterli oyunlarını keçirəcək.

Belə ki, Türk Dünyasının Mədəniyyət Mərkəzi olan Əskişəhərə ölkəmizdən olmasa da, Orta Asiyanın türkdilli respublikalarından 3 futbol klubu dəvət ediləcək. Bunlar Türkmənistanın BTTU, Qazaxıstanın “Vostok” və Qırğızıstanın “Abdış-Ata” klubları olacaq. Meydan sahibi “Əskişəhərspor”un da iştirakı ilə beynəlxalq turnir avqustun 10-11-ində keçiriləcək. Turnir ərzində türkiyəli Burcu Günəş və qazaxıstanlı Zaqipa İmanqaziyevanın konserləri də olacaq.

Qeyd edək ki, məhz bu turnirdən sonra Ufuk Budak Bakıya qayıdacaq. O, avqustun 14-də baş tutacaq Malta ilə oyunun hazırlıqlarında iştirak edəcək.