Millimiz 3-cü oldu
07.08.2013 - 11:24
Millimiz 3-cü oldu
Qırğızıstanda keçirilən “Dostluq kuboku” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası turniri 3-cü pillədə başa vurub.

İlk matçında Belarusu 5:3 hesabı ilə məğlub edən yığmamız sonradan Tacikistana 0:5, meydan sahiblərinə 1:2 hesabı ilə uduzub. Nəticədə turniri 3 xalla başa vuran komandamız yalnız Belarusu arxada qoyub. Bu da onların Qırğızıstana 1 yaş kiçiklərdən təşkil olunan komanda ilə qatılması ilə bağlıdır.

1

Tacikistan

3

3

0

0

13-2

9

2

Qırğızıstan

3

1

1

1

6-10

4

3

Azərbaycan

3

1

0

2

6-10

3

4

Belarus

3

0

1

2

5-8

1