Mindauqas Kalonas Litva yığmasından dəvət aldı
07.08.2013 - 11:54
“Bakı”nın 2 futbolçusu Litva milli komandasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisinin Lüksemburqla yoldaşlıq oyununa çağırılan heyəti açıqlanıb. Litvalıların məşqçi heyəti “Bakı”nın 2 üzvü Mindauqas Kalonas və Deyvidas Çesnauskisi də qarşıdakı oyuna dəvət edib.
Qeyd edək ki, Lüksemburq – Litva oyunu avqustun 14-də keçiriləcək.
Qeyd edək ki, Lüksemburq – Litva oyunu avqustun 14-də keçiriləcək.
0
0