“Liverpul”un hücumçusu millimizlə oyuna çağırıldı
07.08.2013 - 12:06
“Liverpul”un hücumçusu millimizlə oyuna çağırıldı
Bolqarıstanın 21 yaşadək milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mixail Madanski yığmamızla oyun üçün 20 futbolçuya dəvət göndərib.

1994 təvəllüdlü 2 debütantın (Milen Qamakov və Bekir Rasim) çağırıldığı heyətdə İngiltərə, İtaliya və Belçika çempionatında çıxış edən 4 legioner də var. Bunların arasında ABŞ-da doğulmuş “Liverpul”un 20 yaşlı hücumçusu Vilyan Bijevin adı diqqəti cəlb edir. Madanski 20 oyunçudan başqa, 3 ehtiyat oyunçunun adını da açıqlayıb.

Bolqarıstan yığması avqustun 11-dən hazırlıqlara başlayacaq. Onlar “Vasil Levski” stadionunda bir araya gələcək və həmin gün Loveç şəhərində Bakı vaxtı ilə 21:00-da ilk məşqini keçəcək.

Qapıçılar: Dimitar Yevtimov (“Nottingem Forest”, İngiltərə), Diyan Valkov (Lyubimets);

Müdafiəçilər: Angel Qrançov (MOİK), Georgi Terziyev (Çernomorets), Asen Georgiyev (“Lokomotiv” Plovdiv), Anton Nedyalkov (Liteks), İliya Munin (Lyubimets), İvan Qoranov (Beroe);

Yarımmüdafiəçilər: Martin Raynov (Beroe), Simyeon Slavçev (Liteks), İvaylo Çoçev, Anton Karaçanakov (hər ikisi MOİK), Milen Qamakov (Çernomorets), Bojidar Vasev (Rakovski 2001), Radoslav Kirilov (“Karpi”, İtaliya), Erik Poçanski (Montana);

Hücumçular: Aleksandar Kolev (“Qeel”, Belçika), Jivko Petkov (Neftoximik), Vilyan Bijev (“Liverpul”, İngiltərə), Bekir Rasim (Çerno more);

Ehtiyat oyunçular: Martin Vasilyev (Vidima-Rakovski), Aleksandar Aleksandrov (Slaviya), Qriqor Dolapçiyev (MOİK).

Qeyd edək ki, Bolqarıstan – Azərbaycan yoldaşlıq görüşü avqustun 14-də Loveç şəhərində olacaq. “Qradski” stadionunda keçiriləcək qarşılaşma bizim vaxtla saat 21:00-da başlayacaq.