Freddi Borq: Taktiki cəhətdən AZAL-da bir az axsama ola bilər
07.08.2013 - 13:00
“Komandaya yeni qoşulmuşam. Bu üzdən çox şey bilmirəm. Ancaq Azərbaycanda oynamağım ən yaxşı variantım idi”. Apasport.az saytının məlumatına görə, bunu AZAL-ın yeni transferi Freddi Borq deyib.
İsveçdə doğulduğu Trelleborq şəhərinin eyniadlı komandasının yetirməsi olan 29 yaşlı futbolçu 2 illik Almaniya karyerasının ardından ölkəmizdə çıxış edəcək. O, “təyyarəçilər”ə keçdiyi üçün şad olduğunu bildirib və yeni komandasının xüsusiyyətlərini açıqlayıb: “Texniki baxımdan bu komanda yaxşı görünür. Yaxşı səviyyəli komandadır. Ola bilsin ki, taktiki cəhətdən AZAL-da bir az axsama olsun”.
Hücumçu daha sonra AZAL-dan əvvəl İsveçdən də təkliflər almasından danışıb: “Mən bir neçə İsveç klubları ilə danışıqlar aparmışdım. Ancaq sonra düşündüm ki, ən yaxşısı növbəti bir ili də xaricdə keçirim. Maliyyə məsələsində İsveçlə Azərbaycan klubu arasında böyük fərq vardı. Ancaq bunun nə qədər olduğunu deməyəcəyəm. Deyə bilərəm ki, oyunçular Azərbaycanda ordakından 2 dəfə çox pul alır. Bu üzdən yeni məkanda oynamaq mənə maraqlı gəldi”.
Qeyd edək ki, Freddi Borqun sonuncu klubu Almaniyanın “Darmştadt 98” olub. Ancaq Almaniya Futbol Federasiyasından onun transfer vərəqi gəlmədiyi üçün Borqun adı hələ AZAL-ın iştirak ərizəsinə daxil edilməyib.

0
0