Erməni hakim Avroliqa oyununa görə ömürlük cəzalandırıldı
07.08.2013 - 13:14
Erməni hakim Avroliqa oyununa görə ömürlük cəzalandırıldı
Ermənistanlı FİFA hakimi Andranik Arsenyan ömürlük cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, bununla bağlı qərar çıxaran Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi onun köməkçisi olan Oqanes Ayvazyanla bağlı də analoji qərar çıxarıb.

Buna səbəb Arsenyanın Avropa Liqasının I təsnifat mərhələsində “İnter” (Finlandiya) – “Vikinqur” (Farer adaları) oyununda qərəzli idarəçiliyidir. Belə ki, gözlənilmədən qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələndiyi matçda hakim 2 absurd penalti təyin edib. O, bukmeker kontorlarında qazanmaq məqsədilə matçın taleyinə təsir edib. İlk matç qolsuz bərabərliklə nəticələndiyindən, Farer adalarının təmsilçisi mərhələ adlayıb.