8-dən 8-nə: Avropada 40-cı oyun
07.08.2013 - 13:32
Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə İsveçdəki cavab oyunu Ağdamın “Qarabağ” klubu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz avrokuboklar tarixində özünün 40-cı matçına çıxacaq. Avqustun 8-də Sundsvallda keçiriləcək qarşılaşmayadək “Qarabağ” qitə miqyaslı turnirlərdə 39 qarşılaşma keçirib.
Əlavə vaxtın nəticələrini də nəzərə almaqla bu matçlarda 15 qələbəsi olan ağdamlılar 9 heç-heçə edib və 15 dəfə də uduzub. İlk oyundakı qələbədən sonra (1:0) mərhələ keçmək üçün heç-heçənin də yetərli olduğu üçün 10-cu, yubiley bərabərliyi də təmsilçimizi qane edir.
İndiyədək avrokuboklarda 39 qol vuran “Qarabağ” 40-cı oyununda 40-cı qolunu vura bilər. Komandamız bu müddətdə 61 top buraxıb.
39 matçdan 4-nü Kuboklar kuboku, 4-nü İntertoto kubokunda keçirən “Qarabağ” əvvəllər UEFA kuboku adlanan Avropa Liqasında 32-ci qarşılaşmasına çıxacaq. Ağdam klubu avrokuboklardakı oyun sayında Azərbaycanda yalnız “Neftçi”dən geri qalır. Bakılılar avrokuboklarda 44 oyuna çıxıb.
Yubiley matçına çıxacaq “Qarabağ” ilk oyununu 1996/97 mövsümündə keçirib. 40-cı qarşılaşmadakı kimi onda da Skandinaviya təmsilçisi ilə qarşılaşan ağdamlılar Finlandiyanın “MüPA” klubu ilə görüşüb. Lakin 17 il əvvəlki qarşılaşma indiki kimi səfərdə deyil, Bakıda baş tutub.
Ən maraqlısı isə odur ki, ilk oyun da, 40-cı matç da eyni gündə avqustun 8-də baş tutub. İlkdən düz 17 il sonra İsveçdə meydana çıxacaq.

0
0