Vurğun Hüseynov: Başqa klublarda pul artıq ola bilər, ancaq… - MÜSAHİBƏ
07.08.2013 - 14:29
“Sumqayıt”ın və Azərbaycan millisinin futbolçusu Vurğun Hüseynovun apasport.az saytına müsahibəsi
- Yayda sizin də Türkiyə klublarından birinə keçəcəyiniz gözlənilirdi. Lakin “Sumqayıt”dan ayrılmadınız. Niyə?
- Çünki “Sumqayıt”la yenicə müqavilə imzalamışdım. Ona görə də müqaviləni pozmaq istəmədim. Komandaya yeni gəldiyimdən, burda möhkəmlənmək qərarını verdim.
- Saşa Yunisoğlu da “Sumqayıt”la müqavilə imzalamışdı. Ancaq o, “Dənizlispor”un təklifini müsbət dəyərləndirib, Türkiyəyə yollandı..
- Ayağımda ağrı var idi. Əvvəlcə cərrahiyyə əməliyyatı olunacağımı deyirdilər. Sonradan buna ehtiyac duyulmadı. Həm də mənim müqaviləmdə Saşada olduğu kimi əlavə bənd yox idi. Saşa müqaviləsinə xarici klublardan təklif alacağı təqdirdə azad agent kimi gedəcəyinə imkan yaradılacağı ilə bağlı bənd saldırmışdı.
- Bununla bağlı rəhbərliyə müraciət etsəydiniz, bəlkə də müsbət cavab ala bilərdiniz...
- Mən də getsəydim, komanda çətin vəziyyətdə qalacaqdı. Çünki Saşa getmişdi. Müdafiəçiyə ehtiyac var idi.
- “Sumqayıt”dakı perspektivinizi necə görürsünüz? Bu gün çempionatın aşkar autsayderi olan komandada inkişaf etmək nə dərəcədə mümkündür?
- Vacib olan odur ki, biz komanda şəklində yaxşıyıq. Başqa komandalarda pul artıq, bazaları bizim bazadan yaxşı ola bilər. Lakin komanda şəklində birlik yaratmaq çətindir. Yaxşı da məşqlər keçmişik. Autsayder olsaq da, “Sumqayıt”ın aşağı yaşlı futbolçulardan ibarət yığmalara yaxşı futbolçular verəcəyinə ümid edirəm.
- “Qəbələ”dən sonra daha iddialı kluba keçmək olmazdımı?
- Açığı, təkliflərim var idi. Sadəcə, həmin vaxt ayağımdan əməliyyat olunmaq ehtimalım gündəmdə idi. Buna görə də “Sumqayıt” mənə daha yaxın gəldi.
- Hansı komandalar xidmətinizdə maraqlı idi?
- “Simurq”, “Rəvan” təklif göndərmişdi.
- Mövsümə pis başlamadınız. “Xəzər Lənkəran” kimi iddialı komandanı hətta udmağa da yaxın oldunuz.
- Birinci rəsmi oyunlar hər zaman çətin keçir. Ağır məşqlərdən, yoldaşlıq oyunlarından sonra bu cür oyun məsuliyyət tələb edir. Üstəlik, rəqibimiz də çempionatın iddialı komandalarındandır. Bunlara rəğmən, azarkeşlərimizi sevindirməli idik. Uda da bilərdik. Heyətlərə baxdıqda “Xəzər Lənkəran”ın güclü komanda olduğunu deyə bilərik. Düşünürəm ki, onlar qarşıdakı turlarda toparlanıb, öz oyunlarını tapacaqlar.
- Yenidən qurulan müdafiə xətti işinin öhdəsindən gələ bildimi?
- Oyunu izləyənlər təsdiq edə bilərlər ki, ciddi səhv buraxmadıq. Halbuki komanda yenidən qurulub. Birinci matçda bu cür oynayacağımızı gözləmirdim.
- Bu cür komandalar adətən 1-2 tur müqavimət göstərir, sonra isə məğlubiyyətləri sıralayır. “Sumqayıt” necə, bu bəladan qurtula biləcəkmi?
- Açılış oyununda “Xəzər Lənkəran”la qarşılaşdıq. II və III turlarda isə “Qarabağ” və “Qəbələ” ilə görüşəcəyik. Belə baxanda komandaların hamısı güclüdür. Ancaq oyunun taleyi 90 dəqiqə ərzində həll olunur. Final fiti verilməyənə qədər nəticəni söyləmək çətindir.
- Heyət və transferlər baxımından bütün rəqiblərinizdən aşkar şəkildə geri qaldığınız faktdır...
- Bəli, razıyam. Komandamızdakı oyunçuların əksəriyyəti gənclərdir. Bununla belə əlimizi yanımıza sallayıb, xal paylamayacağıq.
- Bu günlərdə Berti Foqts yığmanın heyətini açıqlayıb. Müəyyən fasilədən sonra millinin düşərgəsinə dəvət almısınız. Bu dəvəti gözləyirdinizmi?
- Açığı, özümü yaxşı hiss edirəm. Çatışmayan cəhətlərim yox deyil. Bunun üzərində də işləyirəm. Berti Foqts etimad göstərsə, doğrultmağa çalışacağam.
- Malta ilə yoldaşlıq oyunu var. Rəqib haqda hansı məlumata sahibsiniz?
- Onlar haqda heç nə bilmirəm. Boş vaxtlarımda Malta haqda müəyəyn informasiya toplayacam.
- Yığmanın qarşıda 3 rəsmi oyunu var. Bu oyunlarda iştirak etməyə necə hazırsınız?
- Get-gedə özümü yaxşı hiss edirəm. Hər şey özümdən asılıdır. Hazır olsam, baş məşqçi dəvət göndərəcək.

0
0