“Bakı”nın oyununu idarə edən hakim həlak oldu
07.08.2013 - 14:53
Tanınmış rusiyalı hakim Almir Kayumov dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, Moskva “Spartak”ının 49 yaşlı keçmiş futbolçusu bu gün səhər Smolenskdə faciəli şəkildə həlak olduğu bildirilir. Ancaq hadisənin təfərrüatı hələ açıqlanmayıb.
O, “Spartak”ın heyətində SSRİ çempionatında 1985-ci ildə gümüş, 1986-cı ildə bürünc, 1987-ci ildə qızıl medal qazanıb. Həmin ildə Federasiya Kubokunun da qalibi olan rusiyalı hakimliyə 1999-cu ildə başlayıb. O, 2004-cü ildən Rusiya Premyer Liqasında hakimlik edirdi.
Qeyd edək ki, Almir Mahir Şükürov “Anji”də oynayanda onun matçlarını idarə edib. O, klublarımızın “Birlik kuboku”nda, o cümlədən “Bakı”nın 2010-cu ildə Tacikistanın “Vaxş” klubuna 2:0 hesabı ilə qalib gəldiyi qrup matçının baş hakimi olub.

0
0