Yığmamızda daha 2 futbolçu
07.08.2013 - 14:59
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, avqustun 14-də Bolqarıstan və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün açıqlanan heyətə daha 2 futbolçu çağırılıb. Baş məşqçi Bernard Lippert Emin Mehtiyev (Neftçi) və Nurlan Novruzovu (Sumqayıt) da yığmaya dəvət edib.
Qeyd edək ki, Loveç şəhərindəki "Gradski" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mənbə: affa.az
Qeyd edək ki, Loveç şəhərindəki "Gradski" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mənbə: affa.az
0
0