Berti Foqts mətbuat konfransı keçirəcək
07.08.2013 - 15:03
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis yığmamızın Malta ilə yoldaşlıq oyunu ərəfəsində media nümayəndələrinin suallarını cavablandıracaq.
Tədbir matçdan 2 gün əvvəl avqustun 12-də baş tutacaq. “Sheraton Baku Airport Hotel”də keçiriləcək konfrans saat 16:00-da başlayacaq.
Qeyd edək ki, mətbuat konfransında iştirak edəcək KİV nümayəndələri üçün ayrılmış avtomobil saat 15:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
Mənbə: affa.az

0
0