“İnter”dən xeyirxah addım
07.08.2013 - 16:01
“İnter”dən xeyirxah addım
Bu gün “İnter”in kollektivi Ramazan Bayramı münasibətilə Sabunçu rayonunun ərazisində yerləşən 22 saylı Uşaq Sanatoriyasını ziyarət edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər”in baş direktoru Natiq Məmmədov uşaqları bayram münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb. Həmçinin, komandanın kapitanı Vaqif Cavadov və Brüs Abdulaye də uşaqlara dəstək olublar.

Ardından uşaqlara bayram sovqatı paylanılıb.