Berti Foqts: Əvvəl mətbuat konfransı, sonra açıq məşq
07.08.2013 - 16:05
Berti Foqts: Əvvəl mətbuat konfransı, sonra açıq məşq
Milli komandamızın Malta ilə oyun öncəsi açıq məşqi olacaq. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Berti Foqts jurnalistlər üçün komandasına açıq məşq keçirəcək. Açıq məşq avqustun 12-də, saat 19:00-da “Bakcell Arena"da olacaq.

Qeyd edək ki, həmin gün saat 16:00-da Berti Foqtsun mətbuat konfransı olacaq. Malta yığması ilə yoldaşlıq oyunu isə avqustun 14-də keçiriləcək.