Per Olsson: Yaxşı şanslarımız var
07.08.2013 - 16:32
“Hər hansı məsələyə problem kimi yanaşdıqda, həqiqətən də çətinə çevrilir. Mən isə təxminən son 1 ayda 10 oyun keçirməyimizi problemə çevirmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olsson deyib.
Avropa Liqasının III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubuna rəqib olan Qavle təmsilçisinin çalışdırıcısı son 1 ayda 2 cəbhədə mübarizə aparan komandasının durumundan danışıb. Daxili çempionatda güclülər dəstəsində qalmaq üçün yarışan komandanın çalışdırıcısı yetirmələrinin avrokuboklarda da çıxış etməyində çətinlik görmür: “İlk oyunda 0:1 hesabı ilə uduzduğumuz “Qarabağ”la cavab oyununda nəticəni xeyrimizə dəyişmək üçün yaxşı şanslarımız car. Hazırda bizim üçün daha vacib olanı İsveç çempionatındakı vəziyyətimizdir. Lakin sübut edəcəyik ki, 2 cəbhədə eyni vaxtda da mübarizə apara bilərik”.
Qeyd edək ki, “Qarabağ” və “Gefle” arasında cavab oyunu avqustun 8-də baş tutacaq.

0
0