“Vaxt tapıb ona “Bakı” – “Levski” oyunlarını xatırladacam”
07.08.2013 - 17:11
“Vaxt tapıb ona “Bakı” – “Levski” oyunlarını xatırladacam”
2011-ci ildə Azərbaycan milli çempionatının bombardiri olmuş gürcüstanlı futbolçu Georgi Adamiya yeni klubunda tanış baş məşqçi ilə işləyir. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçunun keçdiyi Gürcüstanın “Zestafoni” klubunun bolqarıstanlı Ratko Dostaniç çalışdırır.

54 yaşlı mütəxəssis isə 2009-ci ildə “Levski”nin baş məşqçi postuna keçərək debütünü Çempionlar Liqasının III təsnifat mərhələsində “Bakı”ya qarşı edib. Maraqlıdır, həmin vaxt “Bakı”da oynayan Adamiya bolqarıstanlı çalışdırıcısını xatırlayır?

Georgi apasport.az-a açıqlamasında Dostaniçlə “Levski” ilə oyunlar haqda hələ danışmadığını bildirib: “Ancaq bilirəm ki, həmin vaxt rəqib idik. Onda Bakıda qolsuz bərabərliyə qaldıq, Sofiyada 0:2 hesabı ilə uduzduq. Mən Dostaniçi tanıdım. Onun isə məni xatırladığını deyə bilmərəm. Hələ bu haqda söhbət düşməyib. Ancaq vaxt tapıb ona 4 il öncəki qarşıdurmanı xatırladacağam”.

Mehman SÜLEYMANOV