Vaqif Sadıqov: O bizə xəbər verdi ki, atası vəfat edib
07.08.2013 - 16:43
“Auqusto da Silva bizə baxışa gəlib. O, sabah da bizimlə birgə olacaq. Bundan sonra onun barəsində qərarımızı verəcəyik”. Bunu apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Xəbər verdiyimiz kimi, AZAL-ın düşərgəsinə 2 futbolçu baxışa gəlməli idi. Bunlardan birinin braziliyalı futbolçu olduğu deyilmişdi. Bu, məhz həmin Auqusto da Silvadır. Braziliyalıdan fərqli, digər AZAL-a baxışa gələcək futbolçunun kimliyi məlum idi. Bu, Adrian Petulya idi. Hətta futbolçu ötən həftə Rumıniya mətbuatına verdiyi açıqlamasında da ölkəmizdən təklif aldığını və rədd cavabı vermədiyini bildirmişdi.
Bəs görəsən, 28 yaşlı hücumçu AZAL-ın düşərgəsinə niyə qoşulmayıb? Bu suala Sadıqov aydınlıq gətirdi: “Biz bu futbolçunun yolunu çox gözlədik. O bizim düşərgəmizə baxışa gəlməli idi. Ancaq futbolçu bizə xəbər verdi ki, atası vəfat edib. Biz də bunu başa düşüb daha ondan “niyə gəlmirsən” deyə soruşmadıq. Ondan daha xəbər-ətər yoxdur. Böyük ehtimalla, artıq bu futbolçunun AZAL-a keçidi baş tutmayacaq. Auqustonu bəyənsək, yeganə bu oyunçunu heyətimizə cəlb edəcəyik”.
Qeyd edək ki, Adrian Petulya Rumıniya mətbuatına verdiyi açıqlamasında Ukraynanın elitasından da təklif aldığını bildirmişdi. Kim bilir, bəlkə də rumıniyalı forvard bu üzdən AZAL-a gəlməkdən imtina edib?..
Səbuhi TOFİQOĞLU

0
0