Azərbaycanlı futbolçular "Mançester Yunayted" - "Çelsi" oyununda
07.08.2013 - 17:31
Azərbaycanlı futbolçular "Mançester Yunayted" - "Çelsi" oyununda
AFFA və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş "Mançester Yunayted" Yay Futbol Məktəbinin təlim-məşq toplanışında seçilmiş 5 nəfər - Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov və Xəyal Əliyev İngiltərəyə yollanacaq. Apasport.az saytının məlumatına görə, AFFA-nın Elit Məşq layihəsinin koordinatoru Mirbağır İsayev və və Texniki departamentin əməkdaşı Ramin Həsənovun müşayiət edəcəyi heyət "Mançester Yunayted" Yay Futbol Məktəbində iştirak edəcək.

İngiltərənin Mançester şəhərindəki Denston kollecində baş tutacaq təlimlər avqustun 10-dan 27-dək davam edəcək. Böyük Britaniyada olduğu müddətdə onlar İngiltərə Premyer Liqasının II turu çərçivəsində "Old Trafford" stadionunda keçiriləcək "Mançester Yunayted" - "Çelsi" oyununu izləyəcəklər.

Qeyd edək ki, "Mançester Yunayted" Yay Futbol Məktəbinin təlim-məşq toplanışında məşqçilər tərəfindən seçilmiş Nigar Mirzəliyeva avqustun 3-dən etibarən Yay Futbol Məktəbindədir.

Mənbə: affa.az