Bizimkilər üçün uğursuz, qonaqlar üçün münasib “8”lər
07.08.2013 - 17:55
Bizimkilər üçün uğursuz, qonaqlar üçün münasib “8”lər
Avrokuboklar tarixində 5-ci dəfə Azərbaycan klubu öz oyununu avqustun 8-də keçirəcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsində İsveçin “Gefle” klubunun qonağı olacaq “Qarabağ” təmsilçilərimizin 8-ci ayın 8-ci günüdəki uğursuzluğuna son qoymalıdır.

Belə ki, bu tarixdəki əvvəlki 4 matçda komandalarımız qalib gələ bilməyib. Yalnız “Neftçi”nin uduzmadığı tarixdə bakılıların əldə etdiyi nəticə “Qarabağ”a da sərf edir.

Lakin daha 1 məqam var ki, bu da ağdamlıların xeyrindədir. Belə ki, səfərdə oynayacaq komandamıza qədər rəqib meydanında uduzan olmayıb. Avqustun 8-də təmsilçilərimizin iştirakı ilə baş tutan matçlar qonaqlar üçün uğurlu alınıb.

1995. Kəpəz – Austriya (Vyana, Avstriya) – 0:4
1996. Qarabağ – MüPa (Finlandiya) – 0:1
2000. Kəpəz - Antalyaspor (Türkiyə) – 0:2
2012. Hapoel (Kiryat-Şmona, İsrail) – Neftçi – 2:2