“Fənərbaxça”nın yeni transferi İstanbula gəldi
07.08.2013 - 19:55
“Fənərbaxça”nın yeni transferi İstanbula gəldi
Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçu ilə heyətini gücləndirib. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Spartak”ın (Moskva) nigeriyalı hücumçusu Emanuel Emenikeni transfer edib.

Rus klubu ilə 13 milyon avroya razılığa gələn “sarı-lacivərdlilər” 26 yaşlı oyunçunu bu gün İstanbula gətirib. Sabah tibbi müayinədən keçəcək Emenike yeni klubu ilə 4 illik rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Emenike 2011-ci il mayın 25-də "Fənrəbaxça" ilə dörd illik müqavilə imzalasa da, danışılmış oyunlarda şübhəli bilindiyi üçün bir aydan sonra klubdan ayrılmış və həmin ilin iyulun 28-də "Spartak"a transfer olunmuşdu.