“Qarabağ” Sundsvallda məşqə çıxdı
07.08.2013 - 22:47
“Qarabağ” Sundsvallda məşqə çıxdı
Sabah Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində təmsilçimiz “Qarabağ” səfərdə “Gefle” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, hazırda İsveçdə olan Ağdam klubu bu gün oyunun keçiriləcəyi “Norrporten Arena”da məşqə çıxıb. Süni örtüklü meydançanın keyfiyyətsiz olması oyunçuların narazılığına səbəb olub.

Qeyd edək ki, "Gefle" - "Qarabağ" görüşü sabah Sundsvallda, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.