Corc Leroy: Müdafiə olunmaq yox, qol vurmaq lazımdı
07.08.2013 - 23:59
“Bakıda yaxşı oynadığımızı düşünürəm. Daha böyük hesabla qalib gələ bilərdik. Şanslarımız çox oldu. Təəssüf ki, az qol vurduq”. Bunu apasport.az saytına “Qarabağ”ın futbolçusu Corc Leroy deyib.
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək. Ağdam təmsilçisi Bakıda 1:0 hesabyla məğlub etdiyi İsveçin “Gefle” klubu ilə cavab matçına çıxacaq.
Leroyun fikrincə, Sundsvallda baş tutacaq qarşılaşmada müdafiə olunmaq yox, qol vurmaq lazımdı: “Gelfe” üçün doğma azarkeşləri qarşısında oynamaq müsbət haldır. Amma bu amil bizə təsir etməməlidi. Çalışacağıq ki, yaxşı oyun göstərib, Bakıya sərfəli nəticə ilə qayıdaq”.
Riçard Almeydanın yoxluğuna toxunan Corc bildirib ki, o, meydanda çox çalışır: “Bu gün oynasaydı, daha yaxşı olardı. Həqiqətən də, meydanda komanda üçün çox işlər görür. Almeyda komandamız üçün vacib oyunçudu. Düzdü, braziliyalını tam əvəz edə bilməsə də, bizdə onun mövqeyində oynaya biləcək futbolçular var”.

0
0