“...meydanda “Qarabağ” yox, Azərbaycan millisi olacaq”
08.08.2013 - 09:00
“...meydanda “Qarabağ” yox, Azərbaycan millisi olacaq”
“Qarabağ” klubunun albaniyalı müdafiəçisi Admir Telinin apasport.az saytına müsahibəsi

- Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Gefle” ilə qarşılaşacaqsınız. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- İlk oyunu unudub, cavab qarşılaşmasına 0:0 hesabı ilə çıxmaıyıq. Əgər oyuna 1:0 hesabı ilə irəlilədiyik düşüncəsi ilə başlasaq, bu, bizə çətinlik yaradar. Matçın keçiriləcəyi stadionun meydançası yaxşı vəziyyətdə deyil. Bu amil işimizi çətinləşdir bilər. Ancaq bunlar bəhanə olmamalıdı. Meydanın hər bir qarışı uğrunda mübarizə aparmalı, baş məşqçinin verdiyi tapşırığı yerinə yetirməliyik. Buraya tur keçmək üçün gəlmişik. Meydana heç-heçə üçün çıxmayacağıq. Məqsədimiz qələbə qazanmaqdı.

- Komandada əhval-ruhiyyə necədir? Futbolçular növbəti mərhələyə çıxacaqlarına inanırlarmı?
- Əhval-ruhiyyə yüksək səviyyədədi. Biz təkcə “Qarabağ” üçün yox, bütün Azərbaycan üçün mübarizə aparırıq. Qarabağ adının azarbaycanlılar üçün necə böyük əhəmiyyət kəsb etdiyini bilirik. “Qarabağ”ın hər yerdə azarkeşi var. Futbolçular bu oyuna klub yox, milli komanda səviyyəsində yanaşır. Yəni, sanki, meydanda “Qarabağ” yox, Azərbaycan millisi olacaq.

- Rəqib komandanın oyunuları uca boyları ilə diqqət çəkirlər. Bu müdafi xəttində sizə nə kimi çətinlik yarada bilər?
- Ucaboy futbolçulara qarşı ilk dəfə oynamıram. Müdafiə xətti tək məndən asıı deyil. Bütün komanda olaraq mübarizə aparmalyıq. Biri-birimiz kömək edib, rəqibin hücumlarının qarşısını ala bilərik.

- “Qarabağ”ın aparıcı oyunçusu Riçard Almeyda komandaya kömək edə bilmyəcək. Onun yoxluğu meydanda sizə necə təsir edəcək?
- Təbii ki, Ameydanın “Gefle”yə qarşı oynamaması “Qarabağ” üçün ciddi itkidir. Komanda üçün vacib oyunçulardan biridir. Ancaq “Qarabağ” bir futbolçudan asılı komanda deyil. Taleyimizlə barışmalıyıq. Bizim əsas üstünlüyümüz kollektiv futbol oynamağımızdır.