Qurban Qurbanov: Rəqib bundan istifadə etməyə çalışacaq
08.08.2013 - 04:27
Qurban Qurbanov: Rəqib bundan istifadə etməyə çalışacaq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın III təsnifat mərhələsinin "Gefle" ilə cavab oyunuöncəsi açıqlama verib.

Apasport.az klub saytına istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı rəqibin fərqli oyun üslubuna malik olduğunu deyib: “Gefle” ilk oyunda göstərdi ki, sıradan bir komanda deyil. Bizimlə doğma meydanda başqa cür oynayacaqlar. 3-4 fərqli sxemli oyun üslübları var. Hər bir şeyə hazır olmalıyıq. 90 dəqiqə lazım olsa daha çox oyun intizamını pozmamalıyıq. Tur üçün mübarizə aparacağıq. Amma sona qədər döyüşmək lazımdır. Rəqib uzunboylu futbolçulardan ibarətdir. Bundan istifadə etməyə çalışacaqlar. İstənilən halda biz də özü oyunumuzu göstərməyə çalışacağıq”.