“Barselona”dan 25 milyon avroluq transfer təklifi
08.08.2013 - 05:54
“Barselona”dan 25 milyon avroluq transfer təklifi
“Barselona” klubu “Çelsi”nin braziliyalı futbolçusu David Luisi heyətinə qatmaq istəyir. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, artıq kataloniyalılar 26 yaşlı müdafiəçi üçün London klubuna rəsmi təklif də göndərib.

Ötən mövsüm Karles Puyolun zədələnməsindən sonra müdafiədə çətinliklər yaşayan “Barselona” Luisi 25 milyon avro qarşılığında transfer edərək bu problemi həll etmək istəyir.

Qeyd edək ki, “Çelsi”nin baş məşqçisi Joze Mourinyo mətbuata açıqlamasında David Luisi satmayacaqlarını.