“Qarabağ”ın oyununu izləmək istəyənlər üçün 99 İsveç kronu
08.08.2013 - 09:30
“Qarabağ”ın oyununu izləmək istəyənlər üçün 99 İsveç kronu
Bu il dekabrın 5-də 130 yaşını qeyd edəcək İsveçin “Yefle” klubu azarkeşlərinin Sundsvall şəhərindəki “Norrporten Arena”sında “Qarabağ”la oyununu izləməsi üçün hər vasitəyə əl atır. Apasport.az saytının məlumatına görə, Yevle təmsilçisi klubun tarixində “Qarabağ”la oyunun ən böyük olduğunu vurğulayır.

Bu üzdən İsveç klubu Sundsvall şəhərinə gələ bilməyən azarkeşlərinin məyus olmaması üçün internet yayın təşkil etmək qərarına gəlib. Belə ki, fanatlar Sportsground.tv internet televiziyası vasitəsilə oyunu izləyə biləcək. Ancaq bunun üçün onlar 99 İsveç kronu ödəməlidir.

Qeyd edək ki, İsveçdə bu oyun hər hansısa bir telekanal vasitəsilə canlı yayınlanmayacaq. Ancaq ölkəmizdə bu qarşılaşmanı saat 22:00-dan etibarən “İdman Azərbaycan” vasitəsilə izləmək mümkündür.