Per Olsson: Biz çox təcrübəli bir komanda ilə düşmüşük
08.08.2013 - 09:57
“Bu oyun revanş matçı olacaq. Pley-off mərhələsində mübarizə aparmaq üçün çox cəlbedici qarşılaşmadır”. Apasport.az saytının məlumatına görə, bunu “Yefle”nin baş məşqçisi Per Olsson deyib.
İsveçdə ləqəbinə görə Pelle Olsson kimi tanınan 50 yaşlı çalışdırıcı “Qarabağ”la oyundan öncə fikirlərini bildirib. Onun sözlərinə görə, Avroliqada mübarizə aparan İsveç klublarından “Malmö”dən fərqli, “Hekken” və “Yefle”nin mərhələ adlamaq şansları var. Çünki bu 2 komanda ilk oyunda rəqiblərinə minimal hesabla yenilib.
Olssonu dinləyək: “Biz çox təcrübəli bir komanda ilə düşmüşük. Rəqibimiz ilk oyunda qələbə qazanıb. Ancaq istənilən halda biz nəticəni xeyrimizə dəyişə bilərik. İlk oyun bizə faydalı təcrübə qazandırdı. Bundan əlavə özümüz də anlamalıyıq ki, uğura nail olmaq üçün çox yaxşı oyun nümayiş etdirməliyik. Bax onda hər şey əla olacaq”.

0
0