“Qəbələ”nin müdafiəçisi Finlandiya ilə oyuna çağırıldı
08.08.2013 - 10:14
“Qəbələ”nin müdafiəçisi Finlandiya ilə oyuna çağırıldı
“Qəbələ”nin mərkəz müdafiəçisi olan Deyan Kelhar yığmasından növbəti dəvəti alıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Sreçko Katanets 19 nəfərlik heyətdə onu da Sloveniya yığmasına çağırıb.

29 yaşlı futbolçu avqustun 14-də Finlandiyaya qarşı yoldaşlıq oyununda forma geyə bilər. Turku şəhərində meydana çıxmaq şansı əldə edəcəyi halda Kelhar millisində 5-ci oyununa çıxmış olacaq.

Qeyd edək ki, Vladimir Levinin gəlişindən sonra ehtiyata düşən sloveniyalı futbolçu bazar günü “İnter”lə oyundan sonra yığmasının düşərgəsinə yollanacaq.