Riçard Almeyda: Ürəyim komanda yoldaşlarımla birgə olacaq
08.08.2013 - 10:53
“Hazırda mən yaxşı durumda deyiləm. Mənə evdə qalmaq lazımdır deyə növbəti oyunu buraxmalı oldum”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda deyib.
24 yaşlı yarımmüdafiəçi “İnter”lə oyunda aldığı zədə üzündən İsveçə aparılmayıb. Bununla belə, futbolçu şəxsi “facebook” səhifəsində azarkeşlərdən aldığı dəstəyə görə status paylaşmalı olub: “Biz bu oyunda qalib gələcəyik. Mən İsveçdə olmasam da, ürəyim komanda yoldaşlarımla birgə olacaq. Azerkeşlərə isə demək istəyirəm ki, mənə olan sevginiz üçün sizə təşəkkür edirəm. Mən tezliklə qayıdacağam”.
Qeyd edək ki, Riçard Almeyda “İnter”in konqolu müdafiəçisi Brüs Abdulayla toqquşmuşdu. Ciddi xəsarət alan futbolçu 72-ci dəqiqədə həmyerlisi Çumbinyo ilə əvəzlənmişdi.

0
0