“Müdafiəyə çəkilməyə ehtiyac yoxdur”
08.08.2013 - 11:14
“Bakıdakı ilk oyunda yaxşı nəticə qazandıq. Yaxşı oynadığımızı düşünürəm. Onlar çox sıx müdafiə olundu. Buna görə də bir az çətinlik çəkdik. Hamı oyunun qolsuz başa çatacağına inanırdı. Son dəqiqələrdə qol vurmağımız bizim üçün çox yaxşı oldu.”. Bunu apasport.az saytının İsveçə ezam olunmuş əməkdaşına “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem deyib.
Makedoniyalı futbolçu “Gefle” ilə oyunda müdafiəyə çəkilməyə ehtiyac olmadığını düşünür. Onun fikrincə, yoxsa bundan öncəki mərhələdə Kiprin “Anortosis” klubunun aqibəti onları da gözləyə bilər: “Buradakı qarşılaşmanın da çətin keçəcəyini bilirik. “Gefle” II təsnifat mərhələsində səfərdə rəqibinə 0:3 hesabı ilə məğlub oldu. Amma evdə 4:0 qalib gəldi. Öz oyunumuzu oynasaq, heç də çətinlik çəkməyəcəyik. Müdafiəyə çəkilməyə ehtiyac yoxdur. Biz buraya qalibiyyət üçün gəlmişik. İnşallah buna da nail olacağıq”.
24 yaşlı hücumameylli yarımmüdafiəçi İsveçdə Bakıkl oyundan fərqli, bəxtin onların tərəfində olacağına inanır: “Bayaq dediyim kimi, əgər öz oyunumuzu çəkinmədən oynasaq, həmin epizodları yenə yarada bilərik. Ola bilsin ki, burada fərqli olsun və ilk oyuna nisbətən qol imkanlarımızı yaxşı dəyərləndirək. Bakıda bəxt bizim tərəfimizdə deyildi. Ola bilsin ki, çox istəkli olduğumuzdan belə alındı. Bəzən hər şey istədiyiniz kimi olmur. İnşallah, burada həmin epizodların ən azı 1–2-ni lazımınca dəyərləndirərik. Əgər öz oyunumuzu oynaya bilsək, bu mərhələni çox rahat keçərik. Təbii ki, çətinliklərimiz olacaq, rəqibdən çəkinməməliyik”.
Sonda Muarem zədəli olduğu üçün İsveçə gətirilməyən braziliyalı Riçard Almeyda haqqında da danışıb: “Almeyda çox yüksək səviyyəli bir oyunçudur. Bizə çox kömək edir. Nəticədə meydana 11 nəfər olaraq çıxacağıq. Burda həm Riçard Almeyda, həm də azarkeşlərimiz üçün oynayacağıq. İnşallah, istədiyimizə də nail olacağıq”.

0
0