Fərid Quliyev “Qaziantepspor”un stadionunda oynayacaq
08.08.2013 - 12:05
Fərid Quliyev “Qaziantepspor”un stadionunda oynayacaq
Millimizin sabiq hücumçusu Fərid Quliyevin komandası olan “Kahramanmaraşspor”un sonuncu yoxlama oyununun keçirilmə yerinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Kahramanmaraş təmsilçisi çempionat oyunu öncəsi “Qaziantep BB” ilə yoxlama görüşünü qonşu Qaziantepin məşhur “Kamil Ocak” stadionunda keçirəcək.

Qarşılaşmanın başlanma vaxtı da bəllidir. Bazar günü keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Türkiyə Superliqası təmsilçisi “Qaziantepspor” da ev oyunlarını “Kamil Ocak” stadionunda keçirir.