“Bakı”nın rəsmi tərəfdaşı növbəti mərhələdə - VİDEO
08.08.2013 - 12:34
“Bakı”nın rəsmi tərəfdaşı növbəti mərhələdə - VİDEO
“Bakı”nın rəsmi tərəfdaşı olan Fransanın tanınmış futbol klubu “Lans” Liqa Kubokunun növbəti mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, “Lans” özü kimi Liqa 2 təmsilçisi olan “Anje” ilə qarşılaşıb.

Oyunun əsas vaxtı hər iki komandanın hərəyə bir dəfə penaltidən vurduğu qolla başa çatıb – 1:1. Belədə əlavə 30 dəqiqə oynanılıb. Burda isə “Land of Fire Azerbaijan” forması ilə çıxış edən “Lans” lazımi qolu vura bilib. “Sarı-qırmızılar” 107-ci dəqiqədə azlıqda olmasına baxmayaraq, bundan 7 dəqiqə sonra qələbə topunu vurub. Qolun müəllifi olan mərakeşmənşəli fransalı hücumçu Yoann Tuzqar meydana girməsindən 8 dəqiqə sonra fərqlənib. Beləliklə, “Lans” 2:1 hesabı ilə qalib gələrək Fransa Liqa Kubokunun 2-ci mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Lans” Fransa Liqa Kubokunun 2-ci mərhələsində “Kretey” klubu ilə qarşılaşacaq. Oyun avqustun 28-də Lansın “Feliks Bollar” stadionunda keçiriləcək.