Millimiz FİFA reytinqində 2 pillə irəlilədi
08.08.2013 - 13:25
FİFA avqust ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız iyulda oyun keçirməsə də, dünya sıralamasında 2 pillə irəliləyib.
Belə ki, komandamız 117-ci pillədən 115-ci pilləyə yüksəlib. Yığmamızın aktivindəki xal isə dəyişməyib. Milli 298 xala malikdir.
Qeyd edək ki, milli komandamız son aylarda reytinqdə irəliləyir. Belə ki, iyunda 2 pillə irəliləyərək 118-ci olan yığma iyulda 1 pillə də qalxaraq dünyanın 117-ci komandası ünvanına sahib çıxmışdı.

0
0