“Xəzər Lənkəran”la oyun öncəsi yeni müsabiqə
08.08.2013 - 14:09
 “Xəzər Lənkəran”la oyun öncəsi yeni müsabiqə
“Simurq” “Xəzər Lənkəran”la oyun öncəsi yeni müsabiqə təşkil etmək qərarına gəlib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər turdan öncə Zaqatala təmsilçisinin facebook və twitterdəki rəsmi səhifəsində veriləcək elanda kim tez qarşıdakı oyun barəsində sualın cavabını düz tapsa, aksesuarla mükafatlandırılacaq.

Artıq müsabiqəyə start verilib. Sual isə belədir: “Topaz Premyer Liqasının II turunda komandamız "Xəzər Lənkəran"la üz-üzə gələcək. Sizcə, qarşılaşma hansı hesabla başa catacaq?”

Qeyd edək ki, mövsümün sonunda ən çox düzgün cavab tapmış iştirakçı isə "Simurq" Peşəkar İdman Klubu tərəfindən xüsusi hədiyyə əldə edəcək.