Qurban Qurbanov: Uğur qazanan məşqçilərin sayı qədər
09.08.2013 - 00:37
Qurban Qurbanov: Uğur qazanan məşqçilərin sayı qədər
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan klublarını avrokuboklara çıxaran digər mütəxəssislərlə arasındakı daha da artırıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsində İsveç “Gefle”sini keçməklə mütəxəssisin adladığı turların ümumi sayı 10-a çatıb. Yubileyə imza atan 41 yaşlı mütəxəssis son 5 ildəki uğurları ilə ən yazın izləyicilərini 5 qat üstünlüklə qabaqlayır.

Bütün uğurlarına “Qarabağ”la imza atan Qurbanov təmsilçilərimizlə mərhələ adlamağı bacaran digər 10 baş məşqçinin sayı qədər mərhələ keçib. Belə ki, fantastik fərqlə ondan geri qalan izləyiciləri arasında heç 3 dəfə də bunu bacaran olmayıb.

Qeyd edək ki, Azərbaycan klublarının adladığı 26 mərhələni 11 baş məşqçi keçib.

Azərbaycan klubları ilə mərhələ adlayan baş məşqçilər

10 - Qurban Qurbanov – 2 (2009/10), 3 (2010/11), 2 (2011/12), 3 (2013/14)
2 – Böyükağa Ağayev - 1 (1999/2000), 1 (2004/05)
2 – Ağasəlim Mircavadov - 1 (2000/01), 1 (2005/06)
2 - Yunis Hüseynov - 1 (2006/07), 1 (2012/13)
2 – Anatoli Demyanenko - 2 (2008/09)
2 – Kaxaber Sxadadze – 1 (2011/12), 1 (2013/14)
2 – Böyükağa Hacıyev – 2 (2012/13)
1 – Kazbek Tuayev – 1 (2004/05)
1 – Valentin Xodukin - 1 (2008/09)
1 – Qyoko Hacıyevski – 1 (2009/10)
1 - Con Toşak - 1 (2013/14)