Görünməmiş nailiyyət: “Qarabağ”ın 5-ci avrokubok qələbəsi
09.08.2013 - 00:47
Görünməmiş nailiyyət: “Qarabağ”ın 5-ci avrokubok qələbəsi
“Qarabağ” avrokuboklarda görünməmiş rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi cari mövsümdə 5-ci qələbəsini qazanıb. Bu isə avrokuboklar tarixində Azərbaycan klubları üçün görünməmiş rekorddur.

İndiyədək də rekord “Qarabağ”a məxsus idi. 2010/11 mövsümündə 4 qələbə qazanan, cari mövsüm bu rekordu əvvəl təkrarlayan Qurban Qurbanovun yetirmələri Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə İsveçdəki oyununda 2:0 hesabı ilə qalib gələrək 5-ə çatıb.

Ağdamlılar Makedoniya “Metallurq”u (iki dəfə 1:0) və “Gefle”ni (1:0 və 2:0) 2 dəfə, Polşa “Pyast”ını (2:1) 1 dəfə məğlub etməklə 5-ci qələbəsini əldə edib.

Azərbaycan klubları avrokuboklar tarixində görünməmiş uğuru isə davam edir. İsveçlilərlə ilk oyunda 7-ci qələbəni qazanmaqla mütləq rekorda töhfə verən ağdamlılar bu rəqəmi 8-ə çatdırıb.